Hazırda bu küçələrdə svetofor işləmir - SİYAHI

Hazırda bu küçələrdə svetofor işləmir - SİYAHI

Elektirik təchizatının kəsilməsi ilə əlaqədar olaraq hazırda Qara Qarayev prospektinin Əli Vəliyev, Azər Manafov və Özbəkistan küçələri ilə kəsişməsində svetoforlar fəaliyyət göstərmir.

Aktual.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Svetoforların fəaliyyətinin bərpa edilməsi istiqamətində iş aparılır.
Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.
Xəbər 236 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR