Hava şəraiti ilə əlaqədar dərslər iki günlük dayandırıldı - RƏSMİ - YENİLƏNİB

Hava şəraiti ilə əlaqədar dərslər iki günlük dayandırıldı - RƏSMİ - YENİLƏNİB

 "Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi və bütün tədbirlər iki günlük dayandırılıb.
 
Yəni yanvarın 17-18-də Azərbaycanda dərs olmayacaq". 
"Report”un xəbərinə görə, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib ki, dərslər təxirə salınan təhsil müəssisələrinin sırasına bütün ümumtəhsil müəssisələri, ilk peşə təhsil müəssisələri, orta ixtisas və ali məktəblər daxildir: "İstənilən növ tədris tədbirləri - dərs, imtahan, kollokvium dayandırılıb". 
O qeyd edib ki, istər dövlət, istər özəl təhsil müəssisələri, eləcə də uşaq bağçaları da bu siyahıya daxildir.

***

Təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılacaq. 

"Report" xəbər verir ki, bununla bağlı təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb. 
Belə ki, Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə "Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb.
Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılacaq və bununla bağlı bütün tədbirlər təxirə salınacaq. 
 
Aktual.az
Xəbər 373 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR