Hava kəskin dəyişəcək - Sulu qar yağacaq

Hava kəskin dəyişəcək   - Sulu qar yağacaq

Bakıda və Abşeron yarımadasında martın 29-30-da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. 

Azərbaycanın rayonlarında martın 29-30-da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Xəbər 876 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR