Hamburqda İŞİD üzvü olan qadın saxlanıldı

Hamburqda İŞİD üzvü olan qadın saxlanıldı
  • DÜNYA

Qadağan olunmuş  İŞİD” terror təşkilatına qoşulmaqda şübhəli bilinən AFR və Tunis vətəndaşı Omaima A. Hamburqda, Almaniya Federal Prokurorluğunun orderi əsasında həbs edilib.

Bu barədə AFR-in Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Yeri gəlmişkən, tutulan şəxs tanınmış alman rep ifaçısı Denis Kuspertin dul qadınıdır. D.Kuspert səhnə ləqəbi altında çıxış edərək, 2014-cü ildə İŞİD terrorçularına qoşulmuşdu. O, 2018-ci ilin yanvarında müttəfiqlərin aviahücumu nəticəsində Suriyada öldürülüb.
AzərTAc bildirir ki, bu gün Omaima A. ölkənin Federal Məhkəməsi qarşısında ittiham olunacaq.




Xəbər 324 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR