“Halal sertifikatının olması təhlükəsizlik göstəricisi deyil” – Qida Təhlükəsizliyi Agentliyi

“Halal sertifikatının olması təhlükəsizlik göstəricisi deyil” – Qida Təhlükəsizliyi Agentliyi

"Bu gün "Halal” məhsulları standartlarının verilməsi ilə bağlı əhali və sahibkarlar arasında yanlış fikir formalaşıb”.

"APA-Economics”in məlumatına görə. Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.
Onun sözlərinə görə, halallıq göstəricisi və halal standartın olması təhlükəsizlik göstəricisi deyil: "Halal standartının sertifikatı verilməsi məcburi xarakter daşımır və könüllü olmalıdır,” – deyə Q Təhməzli vurğulayıb.
Q. Təhməzli bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi halal sertifikatı verməyəcək: "Bunun üçün istənilən sahibkar öz istəyi ilə istənilən sertifikatlaşma qurumuna müraciət edərək oradan bu sertifikatı alaraq "halal” məhsullar istehsal edə bilər. Ancaq bir daha vurğulayıram ki, bu məcburi deyil və hər bir şirkət halal standartı sertifikatı almaq məcburiyyətində deyil. Yalnız halal məhsullar istehsal edən şirkətlər bu sertifikatı almalıdırlar”.
 
Aktual.az
Xəbər 420 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR