Hacıqabulda bacısının pul və qızıllarını oğurlayan qadın saxlanıldı

Hacıqabulda bacısının pul və qızıllarını oğurlayan qadın saxlanıldı

Hər iki bacı müəllimə işləyir

Hacıqabulda bacısının külli miqdarda nağd pulunu və qızıl-zinət əşyalarını oğurlayan qadın saxlanılıb.
İyunun 15-də Hacıqabul şəhər sakini Xəyalə Vahid qızı Mənsimova rayon polis şöbəsinə müraciət edərək, yaşadığı Y.Şirəliyev küçəsi-12 ünvanındakı evindən böyük məbləğdə nağd pul və qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Hacıqabul polisi tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Hacıqabul sakini, 1980-ci il təvəllüdlü Günay Vahid qızı Mənsimova saxlanılıb. Məlum olub ki, o, həmin tarixdə gecə saat 2.30-da bacısı ilə birgə yaşadığı evin yataq otağına daxil olaraq, oradan 25 650 manat nağd pul və 9800 manat dəyərində qızıl-zinət əşyaları, ümumilikdə 35 450 manat dəyərində oğurluq edib.
Hər iki bacının müəllimə işlədiyi qeyd edilir.

G.Mənsimova barəsində CM-nin 177.2.3 və 177.2.4 maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır. (APA)
Xəbər 249 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR