Bu gün Nəsimi Rayon Məhkəməsində sabiq deputat hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə iclası davam edib.
Aktual.az APA-ya istinadən xəbər verir ki, hakim Şəlalə Həsənovanın sədrlik etdiyi iclasda hökm elan edilib. Hökmə əsasən, Ə.Salahzadə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən iclas prokuror çıxış edib. O, Ə.Salahzadənin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkmiş Elbəy Mirzəyev məhkəmədə hər hansı şikayət və tələbinin olmadığını deyib və şikayət ərizəsini geri götürüb.
Ə.Salahzadə bir müddət əvvəl həbs edilib. Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla onun barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ə.Salahzadə "Azərsu"nun əməkdaşı Elbəy Mirzəyevi döyməkdə təqsirli bilinir.
Aktual.az
Xəbər 1434 dəfə oxunub.