Göygöldə 13 min manatlıq mal-qara oğurlanıb

Göygöldə 13 min manatlıq mal-qara oğurlanıb

Göygöl rayonunda 13 min manatlıq mal-qara oğurlanıb. 

Bu barədə Aktual.az-a DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib. 
Göygöl Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Şəhriyar kənd sakini Allahverdi Qarayev naməlum şəxs və ya şəxlərin ona məxsus fermadan ümumi dəyəri 13000 manat olan 10 baş iri buynuzlu mal-qarasının və 1 rəst atının oğurlandığını bildirib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Goranboy rayon Qızılhacılı kənd sakini, 1966-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Qalib Qurbanov və Goranboy rayonu Əlirizalı kəndində qeydiyyatda olmaqla Gəncə şəhərində yaşayan, 1984-cü il təvəllüdlü Elzamin Bayramov saxlanılıb.
Aparılan istintaq tədbirləri nəticəsində saxlanılan şəxlərin cari ilin iyul ayının müxtəlif vaxtlarında Yevlax, Tərtər və Bərdə rayonlarında da analoji cinayət hadisələrini törətməklə ümumilikdə 51 baş iri və xırda buynuzlu heyvaları oğurladıqları müəyyən olunub. Dindirilmə zamanı onlar törətdiyi oğruluq hadisələrini etiraf ediblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
 
Aktual.az
Xəbər 586 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR