Gürkan Kumbaroğlu: “SOCAR-ın Türkiyədəki investisiyaları geniş bölgənin rifahına, sülh və sabitliyinə töhfə verir”

Gürkan Kumbaroğlu: “SOCAR-ın Türkiyədəki investisiyaları geniş bölgənin rifahına, sülh və sabitliyinə töhfə verir”

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki investisiyaları sadəcə Azərbaycanın və Türkiyənin deyil, eyni zamanda Avrasiyanın, xüsusən dəAvropa coğrafiyasını əhatə edən geniş bir bölgənin rifahına, sülh və sabitliyinə töhfə verir, enerji təhlükəsizliyini təmin edir.


Bunu "Report”a Türkiyə Enerji İqtisadiyyatı Dərnəyinin prezidenti, Boğaziçi Universitetinin professoru Gürkan Kumbaroğlu bildirib.

"SOCAR-ın Türkiyədəki nəhəng enerji sərmayələri "Bir millət, iki dövlət” ifadəsini sadəcə ifadə olmaqdan çıxardaraq bu millətin gücünü hamıya göstərdi. TANAP vasitəsilə nəql edilən Azərbaycan qazı xüsusilə Balkan ölkələrində hələ də geniş yayılan kömürü əvəz edəcək. Bu qaz etibarlı və təmiz enerji mənbəyi olaraq bir tərəfdən kükürd dioksid, azot oksidi və partikül maddə kimi havanı çirkləndirən emissiyaları, digər tərəfdən qlobal istiləşməni dəstəkləyən karbon emissiyalarını əhəmiyyətli miqdarda azaldaraq ölkələrin davamlı inkişafına dəstək verir”,-G.Kumbaroğlu vurğulayıb.

Gürkan Kumbaroğlu

Boğaziçi Universitetinin professoru Gürkan Kumbaroğlu

"SOCAR-ın Türkiyədəki nəhəng enerji sərmayələri "Bir millət, iki dövlət” ifadəsini sadəcə ifadə olmaqdan çıxardaraq bu millətin gücünü hamıya göstərdi".

O qeyd edib ki, SOCAR-ın Türkiyədəki nəhəng enerji sərmayələri Azərbaycanın Avropaya açılan qapısıdır: "Bu qapı eyni zamanda Avropa ölkələrinin Türkiyə və Azərbaycana qarşı siyasəti üzərində də bir sinerji təşkil edəcək. Azərbaycan artıq Avropa üçün mənbələrin müxtəlifliyini təmin edən etibarlı, əhəmiyyətli enerji tədarükçüsünə çevrilməkdədir”.

Ekspert, həmçinin əlavə edib ki, bu investisiyaların Azərbaycana faydasını sadəcə rifahın artırılması, təmin edilən iqtisadi dəyər olaraq deyil, digər sahələrdə də sinerji təmin edəcək inkişaf olaraq da qiymətləndirmək lazımdır.

Xəbər 42 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR