Gürcüstanla ABŞ hərbi əməkdaşlıq müqaviləsi imzalayacaq

Gürcüstanla ABŞ hərbi əməkdaşlıq müqaviləsi imzalayacaq
  • DÜNYA

Yaxın günlərdə Gürcüstanla ABŞ arasında üçillik hərbi əməkdaşlıq müqaviləsi imzalanacaq.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın hərbi attaşesi Stefani Beqli ilə görüşdən sonra Gürcüstanın müdafiə naziri Levan Ozoria məlumat verib.
"Bir neçə gün sonra üçillik əməkdaşlıq müqaviləsi imzalaya biləcəyik. ABŞ-ın nazirliyimizlə birgə həyata keçirdiyi uğurlu siyasəti sonrakı illərdə polkovnik Stefani Beqli və komandası ilə əsaslı şəkildə davam etdirəcəyik. Bu da, ilk növbədə, bizim müdafiə imkanlarımızı artırır”, - deyə nazir qeyd edib.
Xatırladaq ki, Müdafiə Nazirliyində keçirilən görüş çərçivəsində nazir L.İzorianın ABŞ-ın əvvəlki hərbi attaşesi Cefri Hartsmana iki ölkə arasındakı əməkdaşlığın inkişafına və Gürcüstan müdafiə qüvvələrinə verdiyi töhfələrə görə Gürcüstan prezidenti adından "Şərəf" medalını təqdim edib.
Xəbər 262 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR