Gürcüstanın turizmdən gəliri 10%-ə yaxın artıb

Gürcüstanın turizmdən gəliri 10%-ə yaxın artıb

Bu ilin yanvar-may aylarında Gürcüstan beynəlxalq turizmdən 1,1 milyard ABŞ dolları məbləğində gəlir əldə edib.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb.
Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 101 milyon dollar, yaxud 9,8% çoxdur. 
Təkcə bu ilin may ayında isə qonşu ölkənin xarici turizmdən gəliri 281 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 35 milyon dollar, yaxud 14,2% çoxdur. 
Xəbər 308 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR