Gürcüstanın Seçki Məcəlləsinə dəyişikliklər təqdim olunub

Gürcüstanın Seçki Məcəlləsinə dəyişikliklər təqdim olunub
  • DÜNYA

Gürcüstan parlamentinin spikeri Arçil Talakvadze ölkənin seçki qanunvericiliyinə ediləcək dəyişiklikləri təqdim edib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, əsas dəyişiklik 2020-ci ildə parlament seçkilərinin sıfır baryerlə proporsional sistem üzrə keçirilməsidir.
Spiker digər dəyişikliyin partiyaların maliyyələşdirilməsi ilə bağlı olduğunu bildirib: "Dəyişikliyə əsasən, partiyaların maliyyələşdirilməsi daha ədalətli və obyektiv modellə əvəzlənəcək. Parlamentdə ən azı bir mandatı olan partiya seçkilərdə əldə etdiyi səslərə müvafiq olaraq maliyyə alacaq. Yeni model şəffaf və sadə olacaq".
A.Talakvadze qeyd edib ki, seçkiöncəsi təbliğat-təşviqat kampaniyasında ödənişsiz efir vaxtı siyasi partiyalar arasında bərabər bölünəcək: "Televiziya debatlarında bir partiya digərinə öz efir vaxtını verə bilməyəcək".
Xəbər 274 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR