Gürcüstanın sabiq baş naziri azadlığa buraxılacaq

Gürcüstanın sabiq baş naziri azadlığa buraxılacaq
  • DÜNYA

Gürcüstanda həbsdə olan ölkənin keçmiş baş naziri və daxili işlər naziri Vano Merabişvili azad olunacaq.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, o, 2020-ci il fevralın 20-də həbsxanadan buraxılacaq.
V.Merabişvili 2013-cü ilin mayında korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə daxil olmaqla bir neçə cinayət işi üzrə həbs olunub. O, 6 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, V.Merabişvili 2004-2012-ci illərdə daxili işlər naziri, 2012-ci ilin iyul ayından oktyabr ayına qədər isə baş nazir vəzifəsini tutub. 
 
Aktual.az
Xəbər 324 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR