Gürcüstanın keçmiş baş nazirinin oğlu həbs olundu

Gürcüstanın keçmiş baş nazirinin oğlu həbs olundu

Gürcüstanın sabiq baş naziri Zurab Jvaniyanın (2003-2005) oğlu 24 yaşlı Besarion Jvaniya üç il müddətinə azadlıqdan məhrum edilib.

"Report”un yerli bürosu xəbər verir ki, o, iş adamı və keçmiş deputat Levan Topadzenin nəvəsi Qogi Topadzenin qəsdən qətlə yetirməyə cəhddə ittiham olunur.

Məhkəmə qərarına əsasən, B.Jvaniya həbs müddətinin yarısını cəzaçəkmə müəssisəsində çəkəcək, yerdə qalan müddət isə şərti hesab olunacaq.

Qeyd edək ki, Z.Jvaniyanın oğlu və L.Topadzenin nəvəsi arasında şəxsi münaqişə zəminində insident ötən ilin avqustun 2-də baş verb. Hadisə nəticəsində Q.Topadze çoxsaylı bıçaq yaraları alıb və daha sonra əməliyyat olunub.
Xəbər 460 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR