Gürcüstanın işğal altındakı ərazilərinə qanunsuz səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlandı

Gürcüstanın işğal altındakı ərazilərinə qanunsuz səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlandı

2015-2017-ci illərdə Gürcüstanın işğal altında olan ərazilərinə qanunsuz daxil olan 46 şəxsə qarşı cinayət işi açılıb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. 
Həmin şəxslərin böyük əksəriyyətini əcnəbilər təşkil edir. Onların arasında 6 Azərbaycan vətəndaşı da var. 
 
2015-2017-ci illərdə Gürcüstanın işğal altında olan ərazilərinə qanunsuz olaraq ən çox Rusiya (18 nəfər) və Ermənistan (7 nəfər) vətəndaşları səfər ediblər. Bu ilin yanvar-iyun aylarında isə Gürcüstanın işğal altında olan ərazilərinə daxil olma qaydalarını 8 əcnəbi pozub. Onların 4-ü Türkiyə,  2-si Azərbaycan, digər ikisi isə Rusiya vətəndaşıdır. 
 
Qeyd edək ki, 2008-ci il avqust müharibəsindən sonra Gürcüstanda qəbul olunmuş "İşğal altında olan ərazilər haqqında" qanuna əsasən, xarici ölkələrin vətəndaşları mərkəzi hakimiyyətin nəzarətində olmayan Abxaziya və Cənubi Osetiya ərazisinə yalnız Zuqdidi (İnquri çayı) və Qori rayonlarından (Erqneti kəndi) keçməklə daxil ola bilərlər. Qanunu pozan şəxsləri cərimə və ya 2 ildən 4 ilədək həbs cəzası gözləyir. 
 
Aktual.az
Xəbər 51 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR