Gürcüstanın hava limanlarında sərnişindaşıma 11% azalıb

Gürcüstanın hava limanlarında sərnişindaşıma 11% azalıb
  • DÜNYA

Ötən ay Gürcüstanın Tbilisi, Batumi, Kutaisi, Mestia və Ambrolauri hava limanları 583 104 sərnişinə xidmət göstərib.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Hava Limanları Birliyi məlumat yayıb.
İllik müqayisədə qonşu ölkənin aeroportlarında sərnişinlərin sayında 11% azalma qeydə alınıb.
Yanvar-avqust aylarında isə Gürcüstanın 5 hava limanında 3 640 823 sərnişinə xidmət göstərilib. Bu da ötən ilin eyni göstəricisindən 8% çoxdur.
Sərnişin axınında azalmaya səbəb iyulun 8-dən etibarən Rusiyanın Gürcüstana birbaşa aviauçuşları dayandırmasıdır.
 
Aktual.az
Xəbər 410 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR