Gürcüstanın hakim partiyası növbədənkənar parlament seçkilərini istisna edir

Gürcüstanın hakim partiyası növbədənkənar parlament seçkilərini istisna edir
  • DÜNYA

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının deputatları Mamuka Mdinaradze və İrakli Kobaxidze ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyini istisna edirlər.

"Report”un yerli bürosu xəbər verir ki, parlament üzvləri seçkilərin 2020-ci ildə baş tutacağını bildiriblər.
M.Mdinaradze deyib ki, gələnilki seçkilərdə bütün partiyalara bərabər şərait yaradılacaq.
İ.Kobaxidze, öz növbəsində, bildirib ki, parlament seçkiləri 2020-ci ilin oktyabrın 31-də baş tutacaq: "Növədənkənar seçkilərin keçirilməsi müzakirə mövzusu deyil. Gələn il seçkilər qarışıq sistem, 2024-cü ildən etibarən isə proporsional sistem üzrə keçiriləcək”. 
Xəbər 355 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR