Gürcüstanın hakim partiyası müxalifətlə danışıqlardan imtina edib

Gürcüstanın hakim partiyası müxalifətlə danışıqlardan imtina edib
  • DÜNYA

"Gürcüstanın hakim Gürcü Arzusu Partiyası seçki sistemi ilə bağlı hər hansı yeni təşəbbüsü müzakirə etmək niyyətində deyil”.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə hakim partiyanın baş katibi Kaxa Kaladze keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, parlament seçkilərinə bir ildən az müddət qalıb: "Seçkilər qüvvədə olan Konstitusiyaya uyğun, müəyyən olunan müddətdə, yüksək demokratik standartlar və beynəlxalq ictimaiyyətin ən fəal iştirakı ilə keçiriləcək”.
Gürcü Arzusu Partiyası opponentlərini seçkilərə hazırlaşmağa çağırıb.
Qeyd edək ki, qonşu ölkədə parlament seçkiləri 2020-ci ilin oktyabrında qarışıq sistem üzrə keçiriləcək. 2024-cü ildən etibarən isə seçkilərin proporsional sistem üzrə təşkil olunması nəzərdə tutulub.
Xəbər 229 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR