Gürcüstanın Ədliyyə Nazirliyi məhkumlardan tatuların silinməsi üçün vəsait ayırıb

Gürcüstanın Ədliyyə Nazirliyi məhkumlardan tatuların silinməsi üçün vəsait ayırıb

Gürcüstanın Ədliyyə Nazirliyi məhkumlardan tatuların silinməsi üçün büdcəsindən 48 min 548 lari ayırıb.

ONA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə ədliyyə naziri Tea Tsulukiani məlumat verib.
O bildirib ki, nazirliyin "Abxaziya” xeyriyyə təşkilatı ilə imzaladığı qrant layihəsi keçmiş məhbuslar, eləcə də azyaşlı məhbuslara istənməyən tatulardan pulsuz xilas olmaq imkanı verəcək.
Daha əvvəllər də həyata keçirilən layihədən bu vaxtadək 123 nəfər istifadə edib. Onlardan 65-i azyaşlı məhbus olub.
 
Aktual.az
Xəbər 67 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR