Gürcüstanın dövlət idarələrində rüşvətalma faktları 50%-dən çox artıb

Gürcüstanın dövlət idarələrində rüşvətalma faktları 50%-dən çox artıb

Bu ilin yanvar-may aylarında Gürcüstanın dövlət qurumlarında 36rüşvətalma faktı qeydə alınıb. 

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib.
İllik müqayisədə rüşvət hallarında 56,52% artım qeydə alınıb. Ötən ilin yanvar-may aylarında dövlət qurumlarında 23 rüşvətalma halı baş verib.
Hesabat dövründə 127 məmur vəzifə səlahiyyətlərini aşıb, 38-i xidməti vəzifəsindən sui-istifadə edib. Vəzifə səhlənkarlığı ilə bağlı 28, xidməti saxtakarlıqla bağlı isə 14 fakt olub. 
 
Aktual.az
Xəbər 333 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR