Gürcüstanın daha bir rayonunda sərt karantin rejimi ləğv olunur

Gürcüstanın daha bir rayonunda sərt karantin rejimi ləğv olunur

Gürcüstanın Kvemo Kartli (Borçalı) bölgəsinin Tetritskaro rayonunda sərt karantin rejimi ləğv olunacaq.

"Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin baş naziri Giorgi Qaxaria bildirib.
Onun sözlərinə görə, mayın 22-dən rayonda koronavirusa yeni yoluxma halı qeydə alınmayıb: "İnkubasiya dövrü başa çatıb və son 14 gündə rayonda 449-dan çox rayon sakini testdən keçirilib. Yeni yoluxma halı təsdiqlənməyib. Buna görə də Tetritskaroya giriş-çıxışın bərpası barədə qərarın qəbulu mümkün olub”.
Qeyd edək ki, yüksək epidemioloji riskə görə Tetritskaro rayonuna giriş-çıxış aprelin 26-dan etibarən məhdudlaşdırılıb. 
Xəbər 425 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR