Gürcüstandan təxliyə olunacaq Azərbaycan vətəndaşları koronavirus testindən keçirilir

Gürcüstandan təxliyə olunacaq Azərbaycan vətəndaşları koronavirus testindən keçirilir

Gürcüstandan təxliyə olunacaq 200Azərbaycan vətəndaşı Tbilisidə koronavirusla bağlı test olunurlar.

"Report”un yerli bürosu xəbər verir ki, proses Gürcüstan Səhiyyə Nazirliyinin rəsmi lisenziyası əsasında fəaliyyət göstərən tibbi laboratoriyada həyata keçirilir.
Vətəndaşlardan gün ərzində növbəli şəkildə bioloji materiallar götürüləcək. PCR testi ödənişlidir və vətəndaşların öz hesabına qarşılanır.
Nəticələr sabah məlum olacaq və Azərbaycanın Gürcüstandakı səfirliyinə təqdim ediləcək. COVID-19 aşkarlanmayan şəxslərə xüsusi arayış veriləcək.
Azərbaycana təxliyə iyulun 13-nə təyin olunub. Vətəndaşlar avtobuslarla Azərbaycan səfirliyinin binası qarşısından "Qırmızı körpü" sərhəd-keçid məntəqəsinə çatdırılacaq. Ölkədəki xüsusi karantin rejimi çərçivəsində onların yaşadıqları ünvana çatmaq üçün bir günlük sərbəst hərəkət icazələri olacaq.
Xəbər 62 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR