Gürcüstandan Rusiyaya gedən yeganə avtomobil yolu bağlanıb

Gürcüstandan Rusiyaya gedən yeganə avtomobil yolu bağlanıb

Gürcüstandan Rusiya sərhədinə gedən Yuxarı Lars yolunda martın 7-də günün ikinci yarısında bütün növ avtomobillərin hərəkətinə qadağa tətbiq olunub.

Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstan Avtomobil Yolları Departamenti məlumat yayıb.
Yolun bağlanmasına həmin ərazilərə güclü qarın yağması, yolların buz bağlaması və avtomobil magistralı boyunca yaranmış güclü çovğun səbəb olub.

Hazırda yolda Azərbaycan, İran, Gürcüstan, Türkiyə, Rusiya və Ermənistana məxsus xeyli avtomobil dayanıb.
 
Aktual.az
Xəbər 297 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR