Gürcüstandan daha 107 vətəndaşımız təxliyyə olunur

Gürcüstandan daha 107 vətəndaşımız təxliyyə olunur

Bu gün Gürcüstandan daha 352 nəfər Azərbaycana təxliyə olunacaq.

Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, təxliyə edilənlərdən 107-si Azərbaycan vətəndaşı, 233-ü Gürcüstan, 12-si isə Rusiya vətəndaşıdır.

Onlar ötən gün Tbilisidəki klinikalardan birində PCR testlərindən keçirilib və bütün test cavabları neqativ olub.

Təxliyə olunanlar saat 10:00-da Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısından xüsusi avtobuslarla "Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.

Onların Azərbaycanda karantinə alınmayacağı bildirilib.
Xəbər 326 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR