Gürcüstandan Azərbaycana avtomobil idxalı 2 dəfədən çox artıb

Gürcüstandan Azərbaycana avtomobil idxalı 2 dəfədən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Gürcüstandan 12 801 ədəd avtomobil idxal edib.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.
İlk səkkiz ayda qonşu ölkədən idxal olunan minik avtomobillərinin ümumi dəyəri 139 mln. 594,5 min dollar təşkil edib.
Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin sayı ötən illə müqayisədə 6 921 ədəd və ya 2,17 dəfə çoxdur.
Ötən ilin analoji dövründə Azərbaycan Gürcüstandan 101 mln. 752,5 min dollar dəyərində 5 880 ədəd avtomobil alıb. 
Xəbər 275 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR