Gürcüstandan 8 Azərbaycan vətəndaşı çıxarılıb

Gürcüstandan 8 Azərbaycan vətəndaşı çıxarılıb

Bu ilin yanvar-iyun aylarında Gürcüstandan 18 ölkədən olan 41 əcnəbi vətəndaş çıxarılıb.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hesabat dövründə 8 Azərbaycan, 6 İran, 5 Misir, 4 Türkiyə vətəndaşı Gürcüstandan çıxarılıb.
Əcnəbi vətəndaşlar arasında Anqola, Hindistan, İraq və Nigeriyadan hər birindən 2 vətəndaş, Kanada, Keniya, Özbəkistan, Ukrayna, Banqladeş, Konqo, Mərakeş, Nepal, Pakistan və Haitidən hər birindən 1 vətəndaş da var.
Statistikaya əsasən, qonşu ölkədən çıxarılan əcnəbilər arasında 26-40 yaş arası kişilər üstünlük təşkil edir. 
Xəbər 342 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR