Gürcüstandan 280 nəfərə yaxın azərbaycanlı təxliyə olunur

Gürcüstandan 280 nəfərə yaxın azərbaycanlı təxliyə olunur
  • DÜNYA

Daha 279 nəfər azərbaycanlının Gürcüstandan Azərbaycana təxliyəsi həyata keçirilir.

"Report”un yerli bürosu xəbər verir ki, onların 74-ü Azərbaycan, 202-si Gürcüstan, 2-si Rusiya, 1-i isə Ukrayna vətəndaşıdır.
Həmin şəxslər ötən gün koronavirusla bağlı test olunublar və heç birində virus aşkarlanmayıb. 
Təxliyə olunan şəxslər səfirlikdən COVID-19 arayışı alandan sonra saat 10:00-da 5 avtobusla Azərbaycanla sərhəddəki "Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.
Qeyd edək ki, pandemiya dövründə Gürcüstan vasitəsilə 1 500 nəfərə yaxın azərbaycanlı Azərbaycana çatdırılıb.
Xəbər 348 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR