Gürcüstandakı meşə yanğını 3.5 hektar əraziyə yayılıb

Gürcüstandakı meşə yanğını 3.5 hektar əraziyə yayılıb

Gürcüstanın Barjomi dərəsində yerləşən Sakire kəndi yaxınlığına meşə yanğını davam edir.

ONA-nın Gürcüstan bürosunun məlumatına görə, yanğının 3.5 hektar əraziyə yayıldığı bildirilir. Hadisə yerində Tiflis, Barjomi, Axaltsixe, Aspindza və Adigenidən  150-dək yanğınsöndürən, eləcə də 30 könüllü fəaliyyət göstərir.
Yanğının söndürülməsinə  Daxili İşlər Nazirliyinin Sərhəd polisi xidmətinin helikopteri də cəlb edilib.
Çətin relyef  səbəbi ilə yanğın-xilasetmə avadanlıqlarının əraziyə çatdırılmasının ləngidiyi bildirilir.
Faktla bağlı Daxili İşlər Nazirliyi cinayət işi başladıb.
Xəbər 277 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR