Gürcüstanda yol infrastrukturuna xərclənən vəsait 36% artıb

Gürcüstanda yol infrastrukturuna xərclənən vəsait 36% artıb
  • DÜNYA

Bu ilin I yarısında Gürcüstanda yol infrastrukturunun yaxşılaşdırılmasına 397,838 milyon lari (təxminən, 137 milyon ABŞ dolları) vəsait xərclənib.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Avtomobil Yolları Departamentinin 6 aylıq hesabatında bildirilir. 
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36,4% çoxdur. 
Yanvar-iyunda Gürcüstanda 200 kilometrə yaxın yol bərpa olunub, 10 körpüdə isə təmir-bərpa işləri aparılıb. Bu ilin sonuna qədər qonşu ölkədə 550 kilometr yolun bərpa olunması nəzərdə tutulub. 
Xəbər 309 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR