Gürcüstanda yeni nazirlik yaradıla bilər

Gürcüstanda yeni nazirlik yaradıla bilər

"Gürcüstanda mədəniyyət üzrə ayrıca dövlət qurumu olmalıdır”.

"Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin təhsil, elm, mədəniyyət və idman naziri vəzifəsini icra edən Mixeil Çxenkeli parlamentdə dinləmələr zamanı bildirib.
Onun sözlərinə görə, hakim komandada Mədəniyyət Nazirliyinin yaradılması ilə bağlı müzakirələrə artıq başlanılıb: "Ölkəmiz üçün mədəniyyət xüsusi əhəmiyyət kəsb etdiyindən Mədəniyyət Nazirliyi ayrıca mövcud olmalıdır”.
Qeyd edək ki, 2018-ci ildə Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi Təhsil və Elm Nazirliyinə birləşdirilib.
Xəbər 349 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR