Gürcüstanda yeni dərs ilinin başlanması təxirə salına bilər

Gürcüstanda yeni dərs ilinin başlanması təxirə salına bilər

Gürcüstanda epidemioloji vəziyyətə görə yeni tədris ilinin başlanılmasının təxirə salınacağı istisna edilmir.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterina Tikaradze bildirib.
Onun sözlərinə görə, sentyabrda da Gürcüstan kimi digər ölkələr də COVID-19-la birgə yaşamalı olacaq: "Biz uşaqları bu proseslərə hazırlamalıyıq ki, onlar təhsili fasiləsiz davam etdirə bilsinlər”.
Nazir əlavə edib ki, builki qəbul imtahanları zamanı abituriyentlər üçün tam təhlükəsiz şərait yaradılacaq.
Qeyd edək ki, qonşu ölkədə yeni dərs ili sentyabrın 15-də başlayır.
Xəbər 78 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR