Gürcüstanda Türkiyə vətəndaşına 10 il həbs cəzası verilib

Gürcüstanda Türkiyə vətəndaşına 10 il həbs cəzası verilib

Gürcüstanda Türkiyə vətəndaşı böyük məbləğdə maliyyə fırıldaqçılığı və çirkli pulların yuyulması ittihamları ilə 10 il müddətinə həbs edilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Şəhər Məhkəməsi məlumat yayıb. Məlumata görə, saxlanılan şəxs digər şəxslərlə mütəşəkkil cinayətkar dəstə yaradaraq dövlət sənədlərinin saxtalaşdırılması ilə fırıldaqçılıq əməlləri törətməyə cəhd göstərib. 
"Bu qrup bank hesablarından istifadə etməklə Gürcüstanda xarici vətəndaşlara məxsus olan böyük miqdarda pul vəsaitlərinin fırıldaqçılıq yolu ilə mənimsənilməsinə, eləcə də çirkli pulların yuyulmasına cəhd göstərib", - deyə məhkəmənin məlumatında bildirilib.
 
Aktual.az
Xəbər 368 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR