Gürcüstanda toylar qadağan edildi

Gürcüstanda toylar qadağan edildi

Gürcüstanda şənliklər, toylar və digər bu kimi tədbirlərin keçirilməsi məhdudlaşdırılır.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.
Qərara əsasən, qapalı və açıq məkanlar daxil olmaqla bütün ictimai yerlərdə 10-dan çox insanın toplaşması qadağan olunur.
Bu qadağa tibb müəssisələri, dövlət qurumları, müdafiə qüvvələri, xüsusi penitensiar müəssisələr, hüquq mühafizə orqanları, ictimai nəqliyyat, tikinti və infrastruktur işlərinə şamil olunmur.
Qərarla qapalı məkanlarda insanlar arasında ən azı iki metr məsafə saxlanılması tövsiyə edilib. 
Xəbər 386 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR