Gürcüstanda seçkilər keçirilir

Gürcüstanda seçkilər keçirilir
  • DÜNYA

Gürcüstanda səhər saat 8-dən etibarən yerli idarəetmə orqanlarına seçkilərlə bağlı 3 644 seçki məntəqəsində səsvermə başlayıb

APA-nın yerli bürosunun məlumatına əsasən, seçkilərdə 22 siyasi partiya, 5 seçki bloku və bir təşəbbüs qrupu, dairə seçki komissiyaları üzrə isə 200 təşəbbüs qrupu iştirak edir.
 
Gürcüstan seçiciləri 64 bələdiyyəyə (sakrebulo) 2058 üzv və 64 icra başçısı seçəcəklər.  Rayon icra başçıları vəzifəsinə 369 namizəd, Tbilisi meri vəzifəsinə isə 13 namizəd mübarizə aparır.
 
Seçkiləri 54 389 seçki subyektlərinin nümayəndələri, 20 641 yerli və 581 beynəlxalq müşahidəçi izləyir. Azərbaycan Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti də seçki prosesini müşahidə edir. 
 
Seçki prosesini 4 mindən çox jurnalist işıqlandırır.

Aktual.az
Xəbər 689 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR