Gürcüstanda QİÇS-ə yoluxanların sayı 7900 nəfəri ötüb – 1611 nəfər ölüb

Gürcüstanda QİÇS-ə yoluxanların sayı 7900 nəfəri ötüb – 1611 nəfər ölüb
  • DÜNYA

Gürcüstanda qeydə alınan QİÇS-ə yoluxma hallarının sayı 7949 fakt təşkil edir.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İnfeksiya patologiyası, QİÇS və Kliniki immunologiya üzrə Elmi-Praktik Mərkəzindən bildirilib.
Bu ilin oktybarın 7-nə olan məlumata əsasən, xəstəliyə yoluxanların 5961-i kişi, 1988-si isə qadındır. Pasiyentlərin böyük əksəriyyətini 29-40 yaş qrupuna daxil olan şəxslər təşkil edir. QİÇS 4184 xəstədə inkişaf edib, 1611 nəfər isə ölüb.
HİV infeksiyasına yoluxma hallarının böyük əksəriyyətinə hetero-cinsi əlaqə (47,8%) və narkotik vasitələrdən istifadə (38,5%) səbəb olub.
QİÇS-ə yoluxma hallarının böyük əksəriyyəti paytaxt Tbilisidə qeydə alınıb. Şəhərdə 2842 QİÇS daşıyıcısı var.
Azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli bölgəsində bu xəstəliyə 449 nəfər yoluxub.
Qeyd edək ki, qonşu ölkədə QİÇS-ə ilk yoluxma halı ilk dəfə 1989-cu ildə qeydə alınıb.
Xəbər 300 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR