Gürcüstanda meymunçiçəyinə ilk yoluxma qeydə alındı

Gürcüstanda meymunçiçəyinə ilk yoluxma qeydə alındı

Gürcüstanda meymunçiçəyi virusuna ilk yoluxma halı təsdiqlənib.

Aktual.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bildirilib ki, yoluxan şəxs xəstəliyi mülayim keçirib və müvafiq müalicədən sonra səhiyyə müəssisəsindən evə buraxılıb. Onun Avropaya səyahət tarixçəsi olduğu, əlaqələrinin monitorinqinin aparıldığı, lakin əlavə yoluxma halı aşkarlanmadığı açıqlanıb.

Milli Mərkəz meymunçiçəyinə yoluxma ilə bağlı bütün şübhəli hallar üzrə araşdırmaları davam etdirəcəyini açıqlayıb. 
Xəbər 604 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR