Gürcüstanda məhkumların əfvinə moratorium qoyulub

Gürcüstanda məhkumların əfvinə moratorium qoyulub
  • DÜNYA

Gürcüstan Prezidenti Salome Zurabişvilinin əfvə moratorium qoyduğunu elan edib.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə dövlət başçısı keçirdiyi brifinqdə bildirib.
Dövlət başçısı əfvetmə prosesində səhvə yol verildiyini istisna etmədiyini deyib.
Onun sözlərinə görə, məhkumun əfv olunması ona bəraətin qazandırılması demək deyil: "Əfvetmə prezidentin subyektiv və şəxsi qərarıdır”.
S.Zurabişvili bundan öncə əfvetmə qaydalarına yenidən baxılmasını təklif etdiyini vurğulayıb: "Yanvar ayından etibarən yeni qaydalar hazırlanacaq. Gələn həftə işçi qrupun toplantısı keçiriləcək və ictimaiyyəti narahat etməyəcək ideal qaydalar formalaşdırılacaq”.
 
Aktual.az
Xəbər 321 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR