Gürcüstanda maye qaz bahalaşıb

Gürcüstanda maye qaz bahalaşıb

Gürcüstanda maye qazın qiyməti 30 tetri (18 qəpik) bahalaşıb.

"Report"un yerli bürosu xəbər verir ki, maye qazın bahalaşmasına səbəb daxili bazarda təlabatın kəskin artmasıdır.
Qonşu ölkədə bu növ yanacaqdan istifadə edən avtomobillərin sayı 7 mindən çoxdur. Üç il öncə bu cür nəqliyyat vasitələrinin sayı isə minə yaxın olub.
Bu ilin yayında maye qazın bir kubmetrinin qiyməti 90 tetri (53 qəpik) təşkil edirdisə, hazırda bu yanacaq növü 1.20 lariyə (70 qəpik) təklif olunur.
Xəbər 501 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR