Gürcüstanda ölən Azərbaycan vətəndaşının kimliyi məlum olub

Gürcüstanda ölən Azərbaycan vətəndaşının kimliyi məlum olub

Gürcüstanın Marneuli rayonunda Azərbaycan vətəndaşı ölüb.
Bu barədə "Report”un yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, 24 yaşlı Elvin Sarıyevin ötən gün kirayədə qaldığı mənzildə meyiti tapılıb. İlkin ehtimala görə, o, dəm qazından boğulub.
Səfirlikdən qeyd olunub ki, E.Sarıyev Ağstafa rayon sakini olub və Marneulidə işləyirmiş.
Gəncin yaxınları hadisə barədə artıq məlumatlandırılıb. Azərbaycan vətəndaşının meyiti hazırda müvafiq ekspertizadan keçirilir. Onun cənazəsinin martın 23-də Azərbaycana göndərilməsi nəzərdə tutulub.
Xəbər 472 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR