Gürcüstanda koronavirusa yoluxanların sayı 973-ə çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 973-ə çatdı

Gürcüstanda daha 5 nəfərə koronavirus diaqnozu qoyulub.  

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da, qonşu ölkədə COVID-19-a yoluxanların sayı 973 nəfərə çatıb. Onların846-sı sağalaraq evə buraxılıb, 15-i isə vəfat edib.
Hazırda Gürcüstan üzrə karantində 4 851, stasionar nəzarətdə isə 231 nəfər saxlanılır. Xaricdə virusa yoluxan 31 Gürcüstan vətəndaşı da vətəndə müalicə olunur.
Xəbər 253 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR