Gürcüstanda koronavirusa yoluxanların sayı 928-ə çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 928-ə çatdı

Gürcüstanda daha 2 nəfərə koronavirus diaqnozu qoyulub.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Bununla da, indiyədək qonşu ölkədə COVID-19-a yoluxanların sayı 928-ə çatıb. Onların 794-ü sağalıb, 15-i isə vəfat edib.
Hazırda ölkə üzrə karantində saxlanılanların sayı 2 809, stasionar nəzarətdə olanların sayı isə 229 nəfər təşkil edir.
Qeyd edək ki, son günlərdə Gürcüstanda yeni yoluxma faktları ölkə ərazisinə daxil olan yük maşını sürücülərində aşkarlanır.
Xəbər 272 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR