Gürcüstanda iki nəfər Azərbaycan vətəndaşı itkin düşüb.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin 2021-ci il üzrə hesabatında bildirilib.
Sənədə əsasən, ötən il Gürcüstanda ümumilikdə 163 nəfər itkin düşüb ki, onların 112-si tapılıb, 51-nin axtarışları isə davam etdirilir.
İtkin düşənlərin 159-u Gürcüstan vətəndaşıdır ki, onların 12-nin meyti tapılıb. Moldovanın itkin düşmüş iki vətəndaşının da meyiti aşkarlanıb.
Xəbər 398 dəfə oxunub.