Gürcüstanda ictimai nəqliyyatda tibbi maskadan istifadə məcburi olacaq

Gürcüstanda ictimai nəqliyyatda tibbi maskadan istifadə məcburi olacaq

"Gürcüstanda ictimai nəqliyyatın hərəkəti bərpa olunandan sonra sərnişinlərin tibbi maska taxması məcburi olacaq”.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbər müavini Paata İmnadze bildirib.
Onun sözlərinə görə, ictimai nəqliyyatın işinin bərpası üçün tövsiyələr hazırlanır:
"Sərnişinlərin ictimai nəqliyyatda tibbi maskadan istifadəsi və sosial məsafə saxlaması mütləq qaydada tələb olunacaq. Ara məsafə saxlamaq asan olmayacaq və buna görə də bu problemin həlli üçün iş aparılır”.
Qeyd edək ki, koronavirus pandemiyasına görə Tbilisidə martın 21-dən sərnişin mikroavtobusları, martın 31-dən isə avtobuslar və metronun hərəkəti dayandırılıb. İctimai nəqliyyatın hərəkətinin fövqəladə vəziyyətin başa çatacağı mayın 22-dən sonra bərpa olunacağı gözlənilir.
Xəbər 273 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR