Gürcüstanda ərzaq və geyim bahalaşıb

Gürcüstanda ərzaq və geyim bahalaşıb
  • DÜNYA

Ötən ay Gürcüstanda istehlak qiymətləri indeksi aylıq müqayisədə 0,8%artıb.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Qonşu ölkədə illik inflyasiya isə 6,9%-ə bərabər olub.
Aylıq inflyasiya göstəricisi tütünsüz 0,8% təşkil edib.İllik müqayisədə qiymətlər 6,2% artıb.
Hesabat dövründə ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 1,6%, süd, pendir və yumurtanın qiyməti 2,7%, ətin qiyməti 2,3%, tərəvəzlərin qiyməti 1,7%, yağlarıın qiyməti 1,6%, balığın qiyməti 1,4%, meyvə və üzümün qiyməti isə 1% bahalaşıb.
Geyim və ayaqqabı qrupunda qiymətlər 5,9% artıb. Geyimlər 3,9%, ayaqqabılar isə 10,9% bahalaşıb.
İllik inflyasiyaya gəlincə, ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 13,5%, alkoqollu içkilər və tütünün qiyməti 13,8%, nəqliyyat xərcləri 3%, istirahət xərcləri 7,3%, restoran və mehmanxana xərcləri isə 6,9% artıb.
Xəbər 254 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR