Gürcüstanda elektrik enerjisi bahalaşa bilər

Gürcüstanda elektrik enerjisi bahalaşa bilər

Gürcüstanda elektrik enerjisi tariflərinin əhəmiyyətli dərəcədə artması qaçılmazdır.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin ən iri elektrik paylayıcı şirkəti olan "Energo-Pro Georgia”nın məlumatında bildirilir.
Qeyd olunub ki, qüvvədə olan tariflər 2018-ci ilin yanvarın 1-də üçillik müddətə müəyyən edilib.
"Obyektiv səbəblərdən hazırkı tariflər elektrik enerjisinin alınması ilə bağlı kəskin artan xərcləri kompensasiya edə bilmir. Şirkət artıq 10 aydır ağır maliyyə vəziyyətindədir, inkişaf planlarından imtina edib, investisiya layihələrini əhəmiyyətli dərəcədə ixtisar edib və əməkhaqlarının ödənilməsi ilə bağlı çətinliklərlə üzləşib”, - məlumatda deyilir.
"Energo-Pro Georgia” bildirib ki, tariflərin artırılması şirkətin tələbi kimi deyil, zərurət kimi qəbul edilməlidir.
Qeyd edək ki, Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyası ötən həftə elektrik enerjisinin istehlak tariflərinin dəyişdirilməsi ilə bağlı qərar qəbul etməli idi. Lakin komissiya üzvlərinin bir neçəsi koronavirus şübhəsi ilə özünütəcrid rejimində olduğundan qurumun toplantısı təxirə salınıb.
Xəbər 142 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR