Gürcüstanda dincələn Rusiya vətəndaşlarınn sayı 23% artıb

Gürcüstanda dincələn Rusiya vətəndaşlarınn sayı 23% artıb
  • DÜNYA

 Bu ilin yanvar-iyul aylarında Gürcüstana Rusiyadan 890 min turist səfər edib. 


"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Məlumat və analitika şöbəsindən məlumat verilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 22,9% çoxdur.

O cümlədən iyulda rus turistlərinin qonşu ölkəyə axını illik müqayisədə 12,8% artaraq 247 min nəfər olub. Bu ay ərzində Gürcüstana səfər etmiş şəxslərin 22,8%-i deməkdir. Nəticədə son 12 ildə ruslar ilk dəfə ötən ay qonaq kimi ilk sıraya yüksəliblər. 

 
Aktual.az
Xəbər 255 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR