Gürcüstanda daha bir azərbaycanlının deputatlığa namizədliyi irəli sürülüb

Gürcüstanda daha bir azərbaycanlının deputatlığa namizədliyi irəli sürülüb
  • DÜNYA

Gürcüstanın müxalif Avropalı Gürcüstan Partiyası majoritar deputatlığa namizədlərinin siyahısını açıqlayıb.
"Report”un yerli bürosu xəbər verir ki, Marneuli-Qardabani dairəsi üzrə namizəd kimi partiyanın Marneuli nümayəndəliyinin rəhbəri Əhməd İmamquliyev təqdim olunub.
Partiya bu gündən seçki kampaniyasına start verdiyini də elan edib.
Qeyd edək ki, qonşu ölkədə parlamentə seçkilər oktyabrın 31-nə təyin olunub. Seçicilər 30 deputatı majoritar, 120-ni isə proporsional sistem üzrə seçəcəklər.
İndiyədək Marneuli-Qardabani dairəsi üzrə yalnız hakim Gürcü Arzusu Partiyası majoritar namizədini təqdim edib. Partiyadan bu dairədə Marneulinin hazırkı meri Zaur Darğallı deputat mandatı uğrunda mübarizə aparacaq. 
Xəbər 129 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR