Gürcüstanda cümə namazları müvəqqəti dayandırıldı

Gürcüstanda cümə namazları müvəqqəti dayandırıldı

Gürcüstanda böyük məscidlərdə kütləvi şəkildə olan dini mərasimlərin və cümə namazlarının müvəqqəti dayandırılması barədə qərar qəbul edilib.

Bu barədə "Report”un yerli bürosuna açıqlamasında Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri Şeyx Hacı Ramin İgidov bildirib.
Onun sözlərinə görə, koronavirusun yayılması riskinin azaldılması məqsədilə ruhanilərə digər tövsiyələr də təqdim olunub: 
"Açıq olan məscidlərdə ibadətə gələn inanclılardan özləri ilə şəxsi möhür və təsbehlər, hətta imkan daxilində kiçik canamazlar gətirərək onlardan istifadə etmək xahiş olunub. Məscid və ibadət yerlərində mütəmadi dezinfeksiya işlərinin aparılmasının da diqqətdə saxlanılması tövsiyə edilib”.
Qeyd edək ki, Gürcüstanda koronavirusa yoluxanların sayı 33 təşkil edir. Onlardan biri - yerli azərbaycanlı tam sağalaraq evə buraxılıb. Karantində 1 008, stasionar nəzarətdə isə 64 nəfər saxlanılır. 
Xəbər 274 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR