Gürcüstanda COVID-19-un ikinci dalğası gözlənilir

Gürcüstanda COVID-19-un ikinci dalğası gözlənilir

"Payızın sonunda Gürcüstanda koronavirusun ikinci güclü dalğasının olacağı ehtimalı yüksəkdir”.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbər müavini, virusoloq Paata İmnadze "KvirisPalitra” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, COVID-19-un ikinci dalğasını noyabrın sonuna yaxın gözləmək lazımdır: "Ola bilsin ki, üçüncü və dördüncü dalğa da olsun. Lakin gəlin, əvvəlcə ikinci dalğanı keçək, sonra bu barədə danışarıq. O vaxta qədər ya vaksin, ya da effektiv preparat hazırlanacaq”.

Virusoloq qeyd edib ki, insanlar koronavirusun yox olduğunu fikirləşirlər: "Lakin o heç yerə getməyib və hələ də bizimlədir. Ən azı bir il. Gəlin, koronavirusla birgə yaşamağa öyrəşək”.

Xəbər 309 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR