Gürcüstanda bu məhdudiyyətlər götürülür

Gürcüstanda bu məhdudiyyətlər götürülür
  • DÜNYA

Gürcüstanda koronavirus pandemiyası ilə əlaqədar olaraq restoran və digər qida obyektləri ilə bağlı tətbiq edilən məhdudiyyətlər əhəmiyyətli dərəcədə yüngülləşdirilib.

"Qafqazinfo” "Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Koronavirusla Mübarizə üzrə İdarələrarası Koordinasiya Şurasının Operativ Qərargahının rəhbəri Georgi Qibradze açıqlayıb.

Onun sözlərinə görə, qapalı məkanlarda eyni masa arxasında əyləşməyə icazə verilən insan sayı 10-a qaldırılıb. Əvvəl isə icazə verilən say 6 idi. Açıq məkanlarda isə eyni masa arxasında artıq 10 deyil, 15 nəfərin əyləşməsinə icazə veriləcək. 

Qeyd olunur ki, qida obyektlərinə gələnlərin ümumi sayına qoyulan məhdudiyyət də aradan qaldırılır.

Qibradze həmçinin xatırladıb ki, martın 4-dən etibarən gecə klubları da öz fəaliyyətini bərpa edə biləcək. Gecə klubları üçün yeganə tələb kluba gələnlərin sayının 60%-i ötməməsidir. Gürcüstanda gecə klubları 2020-ci ilin mart ayından bağlıdır. 

Qeyd edək ki, Gürcüstanda ötən sutka ərzində koronavirusa 12 101 yeni yoluxma sayı qeydə alınıb, 45 nəfər dünyasını dəyişib. Ümumilikdə pandemiya dövründə ölkədə 1 565 769 yoluxma halı aşkar olunub, 15 933 nəfər ölüb.
Xəbər 456 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR